Cəlilabadda marketin qabağında ağacların kəsilməsi ilə bağlı tədbir görülüb

Cəlilabadda marketin qabağında ağacların kəsilməsi ilə bağlı tədbir görülüb
# 10 may 2023 09:49 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Cəlilabad şəhəri, Heydər Əliyev prospektindəki marketin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov APA-ya bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir neçə ağacın Cəlilabad şəhər sakini Elnur Ağayev tərəfindən kəsildiyi müəyyən olunub.

“Faktla bağlı akt, protokol tərtib edilib və E.Ağayev barəsində qanunamüvafiq tədbir görülüb”, - o deyib.

Xidmət rəsmisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, onlara qulluq göstərilməsi məqsədilə Cəlilabad bələdiyyəsinə müvafiq göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR