Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb - VİDEO

Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb - VİDEO
# 18 sentyabr 2022 11:20 (UTC +04:00)

Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini tutduğu vəzifədən azad edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

İcra hakimiyyətindən bildirdilər ki, Elnarə Həsənova öz ərizəsi ilə işdən çıxarılıb. Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildən təyin edilib.

Hazırda onun yerinə təyinat olmayıb.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR