Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 50-ci məzun buraxılışı olub  - FOTO - VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 50-ci məzun buraxılışı olub  - FOTO  - VİDEO
# 15 iyun 2022 10:26 (UTC +04:00)

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində məzunların 50-ci buraxılışı keçirilib.

APA xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, lisey rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər iştirak ediblər. Mərasimə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın dövlət himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. Mərasimdə açılış sözü ilə Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev çıxış edib.
General-leytenant bildirib ki, 1971-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulan C.Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolu olub. O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Liseyin müəllimi Sevil Qurbanova çıxışında məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb. Liseyin uğuru barədə danışan müəllim bildirib ki, builki məzunlardan Xəyyam Məmmədov keçirilən lisey daxili qiymətləndirmədən, eləcə də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından yüksək nəticə (284,6 bal) əldə etdiyi üçün tam orta təhsil haqqında fərqlənmə attestatının alınması üçün sənədləri Təhsil Nazirliyinə təqdim olunub.

Kursantlar adından çıxış edən Xəyyam Məmmədov onlara göstərilən etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib. Mərasimin davamında tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə döş nişanları təqdim olunub.

Sonda kursantlar təntənəli marşı ilə hərbi liseyin döyüş bayrağı aparılaraq son zəng çalınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR