Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi qaydası hazırlanıb

Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi qaydası hazırlanıb
# 28 aprel 2022 17:51 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi" Qaydasını hazırlayıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu Qaydaya əsasən çətin həyat şəraitində olan uşaqlar dedikdə valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud olan və zorakılığa məruz qalan uşaqlar başa düşülür.

Sənəd layihəsi çətin həyat şəraitində olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi üzrə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirləri nəzərdə tutur. Həmçinin, o da əlavə edilib ki, qaydaya əsasən çətin həyat şəraitində olan uşaq barədə məlumat daxil olduqda dərhal onun yaşayış yerinə (ailəyə və ya sosial xidmət müəssisəsinə) səfər edilməsi, uşaq barəsində təcili-təxirə salınmaz tədbirlərin görülməsi, uşağın vəziyyətinin aidiyyəti dövlət orqanı tərəfindən müayinə olunması və yerləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, sənəd yaxın vaxtlarda təsdiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR