Cinayət məsuliyyətindən azad olunmuş şəxslər dövlət büdcəsinə 18 mln. manatdan çox vəsait ödəyib

Cinayət məsuliyyətindən azad olunmuş şəxslər dövlət büdcəsinə 18 mln. manatdan çox vəsait ödəyib
# 22 iyul 2022 16:29 (UTC +04:00)

Cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 139 şəxs barəsində 102 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 2 milyon 203 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə icraatına xitam verilmiş cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 42 milyon 449 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib, eyni zamanda həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 18 milyon 874 min manat məbləğində pul vəsaiti ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR