Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib - VİDEO

Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib - VİDEO
# 30 iyul 2022 12:26 (UTC +04:00)

"Kəlbəcərdə qeydə alınan təbiət hadisəsi tornadodur və bizim iqlim üçün xarakterik deyil".

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, sözügedən təbiət hadisəsi əsasən Amerika regionu üçün xarakterikdir.

"Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir. ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilir. Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə Alagöl üzərində müşahidə edilib. Böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı. Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər" - deyə Səid Səfərov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR