COPAT: 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilib

COPAT: 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilib
# 31 oktyabr 2022 16:17 (UTC +04:00)

Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (COPAT) tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib.

Bu barədə APA-ya Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilib.

Qeyd olunub ki, 2022-ci ilin doqquz ayı ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən istifadəçilərə 100 min ədədə yaxın nəzarət markası verilib. Nəzarət markalarının əldə edilməsi üçün müraciət edən qurumlar arasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Statistika Komitəsi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR