COVID-19-a qarşı yeni hazırlanan dərmanların ölkəyə hansı halda gətiriləcəyi açıqlanıb 

əhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev

© APA | əhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev

# 28 dekabr 2021 17:17 (UTC +04:00)

“Artıq iki ildir biz pandemik həyat yaşayırıq və yeni həyat rejimi formalaşıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

Teymur Musayev bildirib ki, qarşıdan bayramlar gəlir: “Son iki həftədir ki, xarici medialarda COVID-19-a qarşı müalicədə istifadə olunacaq yeni dərmanların təqdimatı olub. Bu məsələ Azərbaycan səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir. Bəzi ölkələrdə artıq o dərmanlar qeydiyyatdan keçib. Bəzi ölkələr hətta o dərmanların tədarükünə də başlayıb. Yetərincə sübuta yetirilmiş elmi-tibbi sübutlar toplandıqdan sonra həmin dərmanların Azərbaycana gətirilməsi nəzərdən keçiriləcək. Son zamanlar yeni dərmanların təqdimatının olması onun vaksinasiyanın yerini tutacağı ilə bağlı fikir formalaşdırıb. Bu, yanlışdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR