"Daban testi" ilə "tər testi"nin fərqinə aydınlıq gətirilib

Azər Əhmədov

© APA | Azər Əhmədov

# 14 iyun 2022 14:47 (UTC +04:00)

"Daban testi" ilə "tər testi"nin fərqlərinə aydınlıq gətirilib.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini, pediatr Azər Əhmədov APA-ya açıqlamasında bildirib ki, daban testi ilə 5 növ xəstəliyin aşkarlanması həyata keçirilir.

"Bura fenilketonuriya, hipotriodi, qalaktozemiya, kistik fibroz kimi genetik və metabolik xəstəliklər aiddir. "Daban testi"nin diaqnostik əhəmiyyəti yoxdur. Sadəcə olaraq "daban testi" ilə şübhəli çıxan xəstəliklərin olub-olmaması ikinci mərhələdə "tər testi" ilə təsdiqlənir" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR