Dağıstan turunun ovlanması qadağan edilə bilər

Dağıstan turunun ovlanması qadağan edilə bilər
# 28 sentyabr 2022 16:24 (UTC +04:00)

“Dağıstan turunun ovlanması qadağan edilə bilər”.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, hazırda Dağıstan turunun sayılması prosesi aparılır: “İlkin müşahidələrə görə, bu heyvan növünün sayında azalma var. Bu heyvan növünün ov predmeti kimi siyahıya salınması üçün müddət var. İlk olaraq deyə bilərik ki, sayı kifayət qədər deyil. Onun sayının az olması bu növü ov predmetinin çərçivəsindən kənara çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR