Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb
# 24 may 2022 17:53 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR