Daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

© APA | 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

# 09 iyun 2022 14:16 (UTC +04:00)

Özünüməşğulluq proqramı üzrə daha 100 şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub.

Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR