Daha 8 qazi Vətənə qayıdıb

Daha 8 qazi Vətənə qayıdıb
# 06 fevral 2023 15:04 (UTC +04:00)

Ağır yaralanan 8 nəfər qazi Türkiyə Respublikasında davam edən müalicələrini tamamlayaraq Vətənə qayıdıb.

APA "YAŞAT" Fonduna istinadən xəbər verir ki, onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq 2 il, Cəlal Sadıqov Elfaq oğlunun müalicəsi isə 1 il müddətində davam etdirilib.

Təqdim olunan həkim rəyinə əsasən Samir Əliyev Daşqın oğlu, Elşən Xanəliyev Çingiz oğlu, Elmar Nəsirov Elmir oğlu, Etiram Musayev Nağı oğlu, Valeh İsayev Mehrac oğlu, Əzim Qafarov Rafik oğlu, Əfsər Ataxanlı Tələt oğlu və Calal Sadıqov Elfaq oğlunun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisələrində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR