Daşkəsəndə şəhid və aztəminatlı ailələrin övladları ilə görüş olub - FOTO

Daşkəsəndə şəhid və aztəminatlı ailələrin övladları ilə görüş olub - FOTO
# 07 sentyabr 2022 23:16 (UTC +04:00)

Yeni tədris ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid, əlil və aztəminatlı ailələrin övladları ilə görüşlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, görüşlərdən biri də Daşkəsən Rayon Polis Şöbəsinin (RPİ) təşkilatçılığı ilə orta məktəblərdə təşkil olunub.

Görüşdə polis əməkdaşları qarşıdan gələn “Bilik günü” münasibətilə balacaları təbrik edib, onların Vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu ediblər.

Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Valideynlər göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR