Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili işlər orqanlarında yeni təyinat olub
# 09 may 2022 16:27 (UTC +04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın xəbərinə görə, polis polkovnik-leytenantı Elnur Həsənov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad olunaraq Samux rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Bundan başqa, polis mayoru Kərim Paşayev Samux Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR