Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb
# 28 dekabr 2021 19:46 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.

Bu barədə APA-ya Nazirlikdən bildirilib.

Belə ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR