Dekabrın 1-dək Amnistiya aktına əsasən 140 şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 23 dekabr 2021 11:02 (UTC +04:00)

2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində Amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib:

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 140-dır. Belə ki, 2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib”.

Qeyd olunub ki, prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR