Deputat Aprel döyüşlərinin iştirakçılarına müharibə veteranı adı verilməsi məsələsini qaldırıb - VİDEO

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 30 dekabr 2021 11:18 (UTC +04:00)

“Zəfərdən sonra hər bir günümüz hər saniyəmiz uğurlarla yadda qalır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, dünən Prezident İlham Əliyev Vətən müharibəsində iştirak edənlərə müharibə veteranı adı verilməsi ilə bağlı sərəncam imzalayıb: “Dünən imzalanan bütün sərəncamlar bir daha göstərir ki, Prezidentimiz hər an xalqımız yanındadır. Sərəncamda müharibə veteranı adı verilməsi ilə bağlı bütün qurumlara tapşırıqlar verilib. Mən əminəm ki, 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar. Nazirlər Kabinetinin müvafiq şöbəsinin bu məsələni diqqtədə saxlaması yaxşı olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR