Deputat Azərbaycanın müvafiq orqanlarını "Karabakh Telecom"un qanunsuz fəaliyyətinin qarşısını almağa çağırıb - VİDEO

Etibar Əliyev

© APA | Etibar Əliyev

# 01 fevral 2023 12:30 (UTC +04:00)

""Karabakh Telecom" mobil operatoru Qarabağda, Azərbaycan ərazisində necə fəaliyyət göstərir? Hətta 4G xidməti də təklif edir. Bu işi hansı beynəlxalq şirkətlər görür?”

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında Etibar Əliyev bildirib.

Etibar Əliyev deyib ki, Ermənistanda qeydiyyatdan keçən bir mobil şirkətin qanunsuz olaraq Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsi yolverilməzdir.

Deputat Azərbaycanın müvafiq orqanlarının “Qarabağ Telecom”-un qanunsuz fəaliyyətinin qarşısını almaq üçün addımlar atmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR