Deputat: Çalışmaq lazımdır ki, torpağı kəndliyə vasitəçilər verməsinlər

Deputat: Çalışmaq lazımdır ki, torpağı kəndliyə vasitəçilər verməsinlər
# 26 yanvar 2023 12:19 (UTC +04:00)

“Çalışmaq lazımdır ki, elektron sistemlər üzərindən vasitəçilər torpaqları götürüb kəndliyə verməsinlər, kəndli torpaqları birbaşa götürsün. Kəndlinin elektron informasiya sistemindən çox başı çıxa bilmir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, belə halların olmaması üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) effektiv sistem qurmalıdırlar: “Onların bazalarında fermerlər barədə kifayət qədər məlumatlar var”.

Deputat qeyd edib ki, suvarma problemi də var: “Kimsə göy-göyərti, kimsə taxıl, başqa məhsul əkmək istəyir. Ona görə Kənd Təsərrüfat Nazirliyi fermerlərin kooperativlər yaratması üçün addımlar atmalıdır. Biz Avropaya gedəndə görürük ki, kənddə insanlar istirahət edir, övladlarının təhsili ilə məşğul olur. Soruşanda da deyirlər ki, torpaqlarını icarəyə verirlər. Müəyyən hissəsi də müəyyən vaxtlarda kooperativlərdə çalışırlar. Bu təcrübə Azərbaycanda tətbiq olunmalıdır”.

Müşfiq Cəfərov azad edilmiş Kəlbəcərin ən böyük otlaq zonası olduğunu xatırladıb və bu potensialdan geniş istifadə edilməsini vacib sayıb. Eyni zamanda suvarma sahəsində də problemlər olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR