Deputat: Dövlət qulluqçuları üçün imtahan, müsabiqə, sertifikatlaşdırma nəyə lazımdır?

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 01 fevral 2023 15:58 (UTC +04:00)

“Dövlət Qulluğu Məcəlləsi qəbul edilməlidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Etibar Əliyev bildirib.

Etibar Əliyev deyib ki, publik hüquqi şəxslər yaradılan zaman qurumlar yenidən təşkil olunur: “Bu halda 10-15 il dövlət qulluğunda işləyənlər bəzən kənarda qalır. Bəzən görürsən ki, dövlət qurumlarının rəhbərlərinin və rektorların 5-6 köməkçisi, müşaviri olur, sonra da onlar yüksək vəzifələrə təyin edilirlər. Niyə onlar dövlət qulluğu üçün test imtahanı və müsabiqədən keçməməlidir? Onlar da müsabiqədən keçməlidir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev isə qeyd edib ki, ölkədə neçə nazirliyin, nazirliklərdə neçə ştat vahidinin olması qanunvericiliklə tənzimlənməlidir: “Anlayışlara da toxunmaq istəyirdim. Məvacib və maaş sözlərini işlədirik. Bunlardan biri olsun. Digər tərəfdən, dövlət qulluqçuları üçün imtahan, müsabiqə, sertifikatlaşdırma və s. nəyə lazımdır?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR