Deputat: “İnklüziv təhsil mürəkkəb prosesdir, diskriminasiya halları var”

Elşad Mirbəşiroğlu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü

© APA | Elşad Mirbəşiroğlu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü

# 26 aprel 2022 16:57 (UTC +04:00)

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil imkanlarının genişləndirilməsi üçün hələ də dəyişikliklərə ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, sağlamlığı tam yerində olan və həddindən artıq istedadlı şagirdlərin sinif yoldaşları tərəfindən diskriminasiyaya məruz qalması hallarına rast gəlinir: “Buna da diqqət yetirmək lazımdır. İnklüziv təhsilin təşkil olunması tək bizdə yox, bütün dünyada mürəkkəb prosesdir. Bu təhsili həyata keçirən müəllimlərin də xüsusi hazırlıq keçməsinə ehtiyac var. Son dövrlər ölkəmizdə bu istiqamətdə müzakirələr aparılır”.

Qeyd edək ki, bu gün Milli Məclisdə birinci oxunuşda qəbul edilən “Ümumi təhsil haqqında” qanuna dəyişikliyə əsasən, sağlam və sağlamlıq imkanları məhdudlar birgə oxuyacaq. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR