Deputat: “Məhbus yanına gedən vətəndaşlardan və vəkillərdən PCR testi tələbi ləğv olunmalıdır” - VİDEO

Deputat: “Məhbus yanına gedən vətəndaşlardan və vəkillərdən PCR testi tələbi ləğv olunmalıdır” - VİDEO
# 17 iyun 2022 11:44 (UTC +04:00)

“Penitensiar Xidmətdə PCR testin vətəndaşlardan və vəkillərdən tələb olunması ləğv edilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillərdən bununla müraciətlər alırlar: “Artıq ölkəyə gələnlərdən PCR testi tələbi ləğv edilib. Cəzaçəkmə müəssisəsində məhkumların yanına gələn ailə üzvləri və vəkillərdən isə hələ də bu test istənilir. Bu isə həmin şəxslər üçün əlavə xərc deməkdir. Təklif edərdim ki, heç olmasa ilk olaraq vəkillər üçün PCR testi tələbi ləğv edilsin".

Deputat qiymət artımına da toxunub: “Qiymət artımının qarşısını almaq üçün "Kənddən şəhərə" layihəsinin miqyası və sayı artırılmalıdır. Digər problem Gəncə-Bakı-Gəncə və Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin hələ də bərpa olunmamasıdır. Nəzərə alsaq, ki, koronavirus artıq azalıb, təyyarə reysləri bərpa olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR