Deputat: Səfirliklərimizin müdafiəsi gücləndirilməlidir

Elşən Musayev, Milli Məclisin deputatı

© APA | Elşən Musayev, Milli Məclisin deputatı

# 06 iyun 2023 12:18 (UTC +04:00)

Xaricdəki səfirliklərimizin müdafiəsi gücləndirilməlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat xaricdəki səfirliklərin təhlükəsizliyi üçün büdcədən ayrılan maliyyənin artırılmasını təklif edib: “Keçən büdcə müzakirələrində sanki ürəyimə dammışdı, bu məsələni yenə qaldırmışdım. Üstündən qısa müddət keçəndən sonra İrandakı səfirliyimizə hücum oldu. Bizi gözü götürməyən dövlətlərin təxribatlarından hələ də sığortalanmamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR