Deputat: Sosial islahatlar vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənib

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 07 yanvar 2023 22:03 (UTC +04:00)

Azərbaycanda vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapdı: Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən sosial islahatlar hər zaman vətəndaşların rifahının qorunmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənib. Elə dövlət başçısının imzaladığı son sərəncam da əhalinin böyük bir qisminin sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurlu davamını təmin edir və növbəti aydan etibarən, vətəndaşlar əməkhaqları və pensiyanı yeni hesablanma ilə əldə edəcəklər. Nəzərə alsaq ki, bütün bu addımlar pandemiyadan və müharibədən sonra, həmçinin dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir vaxtda atılır, bu da onu deməyə əsas verir ki, Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir. Qarşıdakı illərdə əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək.

Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan sosial - iqtisadi göstəricisinə görə öndə olan qabaqcıl ölkələrdən olacaq: “Həm ermənilər tərəfindən viran qoyulan Qarabağın bərpası, həm ordu quruculuğuna ayrılan diqqət və qayğı, digər tərəfdən də əhalini rifahının yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar göz önündədir. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı illərdə daha da güclü və dayanıqlı sosial iqtisadi sistemi olan Azərbaycan görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR