Deputat ünvanlı sosial yardımın qanunsuz verilməməsinə görə cəzaların tətbiqini təklif edib

Razi Nurullayev, Milli Məclisin deputatı

© APA | Razi Nurullayev, Milli Məclisin deputatı

# 25 yanvar 2023 15:45 (UTC +04:00)

“Əhalinin sosial hüquqları və haqları var. Ünvanlı sosial yardım, əlilliyin müəyyən edilməsi kriteriyaları və s. bura daxildir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bir insan 3-4 ay ac yaşayıb, ünvanlı sosial yardım ala bilmir: “Bir insanın itirilən 1 il haqqı tapdanır, ünvanlı sosial yardım ala bilmir, amma insana qarşı bunu edən qurumun əməkdaşı məsuliyyətə cəlb olunmur. Bütün dövlət qurumlarının ən azı bir neçə üzvünün və məsul şəxslərinin iştirakı ilə böyük toplantının keçirilməsini təklif edirəm. Əlilliyin təyinatı çox problemlidir. İnsanların itirilmiş illəri və aylarına görə heç kim cavabdehlik daşımır. Əlavə olaraq, göndərilən məktublarla bağlı da problemlər var. Əlaqədar bütün təşkilatların hamısı ilə dostcasına görüş təşkil edək. Lap media olmasın, populizm xatirinə heç kim onların üstünə getməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR