Deputat: Uşaq doğulandan sonra təqibi mexanizmini formalaşdırmaq lazımdır

Deputat: Uşaq doğulandan sonra təqibi mexanizmini formalaşdırmaq lazımdır
# 25 yanvar 2023 12:48 (UTC +04:00)

“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun üçün hökumət tərəfindən kifayət qədər vəsait ayrılır. İcbari tibbi sığortanın tətbiqindən sonra “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tətbiqində problemlər yaranıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, doğum evindən çıxan uşaqların təqibi mexanizmini formalaşdırmaq lazımdır: “Bu məsələni həm TƏBİB, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qarşısında qaldırmışıq. Bununla TƏBİB məşğul olur. Biz əvvəl olan mexanizmi yenidən tətbiq etməliyik. Hazırda əsas məsələ uşaq doğulandan sonra onun təqibi məsələsidir”.

Komitə sədri qeyd edib ki, bunu TƏBİB-lə müzakirə etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR