Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırılıb

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırılıb
# 17 yanvar 2022 18:18 (UTC +04:00)

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının, direktorun müavinlərinin, müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, 1 yanvar 2022-ci ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib. Bundan əvvəl müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun (666 manat), direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı olub.

Qərara əsasən, 1 yanvar 2022-ci ildən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artırılır və müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3

ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13

ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

552

594

624

666

714

2.

Orta ixtisas təhsilli

504

534

552

588

636

Bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

460

495

520

555

595

2.

Orta ixtisas təhsilli

420

445

460

490

510

Eyni zamanda 1 yanvar 2022-ci ildən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları da artırılıb və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı (manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

434

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

448

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli,

pedaqoji stajı hər iki halda 5 ilə qədər

462

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox;

ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

490

Bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq vəzifə maaşı

(manatla)

1.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

310

2.

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

320

3.

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

330

4.

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

350

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR