“Digiuth.com” Onlayn Öyrənmə Platformasının açılışı olub - FOTO

“Digiuth.com” Onlayn Öyrənmə Platformasının açılışı olub - FOTO
# 01 iyun 2022 15:38 (UTC +04:00)

“Digiuth.com” Onlayn Öyrənmə Platformasının açılış mərasimi olub.

APA xəbər verir ki, "Digiuth" layihəsi Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən Beynəlxalq Vişeqrad Fondunun Vişeqrad qrantları vasitəsilə birgə maliyyələşdirilir.

Mərasimdə iştirakçılara “Digiuth” layihəsi, onun gələcək perspektivləri haqqında məlumat verib. Bildirilib ki, "Digiuth” müxtəlif sahələr üzrə ixtisaslaşmış təlimçiləri və inkişaf etmək istəyən gəncləri bir araya gətirən və ESN Azərbaycan tərəfindən koordinasiya edilən onlayn təlim platformasıdır.

Layihənin əsas məqsədi gənclərin və gənclər təşkilatlarının onlayn təlim resurslarının artırılmasıdır. Layihə Azərbaycanda ilk dəfə sosial əsaslı onlayn təlim veb platformasını ərsəyə gətirib.

Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Mihali Gruber çıxışında bildirib ki, Vişeqrad Qrupu əlaqələnmə, təhsil, innovasiyalara diqqət ayırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR