DİM: 6 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub

DİM: 6 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub
# 22 may 2022 14:47 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR