DİM: 6 nəfərdə mobil telefon aşkarlanıb

DİM: 6 nəfərdə mobil telefon aşkarlanıb
# 21 may 2022 15:14 (UTC +04:00)

Bu gün keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfər imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahanın gedişi zamanı 6 nəfərdə mobil telefon (ilk telefon saat 12-də müəyyən edilib) aşkarlandığı üçün imtahandan xaric olunub.

Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR