DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 21 yanvar 2022 14:20 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib.

DİM-dən APA-ya verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səh.3) “TC altqrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix və coğrafiya müəllimliyi” kimi qeyd olunan ixtisaslar, Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi olmalıdır.

TC altqrupuna yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR