DİM buraxılış və SAT imtahanlarının eyni günə salınmasına münasibət bildirib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 25 yanvar 2022 16:12 (UTC +04:00)

“Qəbul, buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb bu qrafiki müəyyən edirik. 12 martda buraxılış imtahanı da, SAT imtahanı da olacaq, amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova bildirib.

O qeyd edib ki, DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır: “Bu gün də bir neçə ərizə daxil olub. Vətəndaşlar özləri də bunu müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər, attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda. Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün də vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR