DİM imtahanlara yeni orfoqrafiya qaydalarına uyğun tapşırıqların salınıb-salınmamasına aydınlıq gətirib

DİM imtahanlara yeni orfoqrafiya qaydalarına uyğun tapşırıqların salınıb-salınmamasına aydınlıq gətirib
# 25 yanvar 2022 17:02 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydalarına uyğun tapşırıqların salınıb-salınmamasına aydınlıq gətirib.

APA-nın məlumatına görə, DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, yeni orfoqrafiya və orfoepiya qaydaları hələ dərsliklərdə öz əksini tapmayıb: "Qəbul proqramında, imtahan prosesində dərslikdə əksini tapmayan heç bir qayda tətbiq olunmur. Bu dəyişikliklər həmin qaydaların dərsliklə üst-üstə düşməsi zamanı nəzərə alınacaq".

Onun sözlərinə görə, yalnız o sözlər imtahanda istifadə olunacaq ki, onların yazılışı dəyişilməyib, orfoqrafik qaydalarda da dərslikdə olduğu kimidir: “Bizim imtahanlar dərsliyə əsaslanır, dərsliklə təzad təşkil edən sözlər imtahanda istifadə edilməyəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR