DİM qəbul imtahanında iştirak edəcək abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 20 iyul 2022 10:55 (UTC +04:00)

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyul 2022-ci il tarixində I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahanlar saat 10:00‑da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR