DİM sədri: "Ali hərbi məktəblərdə oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var"

DİM sədri: "Ali hərbi məktəblərdə oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var"
# 01 sentyabr 2022 12:22 (UTC +04:00)

"Xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında məlumat verib.

O qeyd edib ki, III qrupa imtahan verən istedadlı gənclər həmin məktəbləri seçirlər:

"Orada əsas kontingent 500 baldan yuxarı nəticə göstərən oğlanlardır. Heç kimi məcburi hansısa ixtisasa göndərmək olmaz. Onlar öz sahələrini istəyərək seçirlər. Ali hərbi məktəblərdə də oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Bu cür vacib ixtisaslara savadlı insanların maraq göstərməsi müsbət haldır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR