DİM sədri: "Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra yaxşı iş tapacaq"

DİM sədri: "Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra yaxşı iş tapacaq"
# 16 avqust 2022 11:30 (UTC +04:00)

"Kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra əmək bazarında özlərinə yaxşı işlər tapacaqlar".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, lakin kənd təsərrüfatı ixtisaslarına sənəd verən abituriyentlərin sayı az ola bilər:

"Seçimlər çox zaman bala uyğun, kortəbii şəkildə aparılır. Lakin valideynlər ixtisas seçimində övladları ilə birgə məsləhətləşmələr aparsalar, daha yaxşı olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR