DİN: Azad olunan ərazilərdə flora və faunanın mühafizəsi diqqət mərkəzindədir

Elşad Hacıyev

© APA | Elşad Hacıyev

# 22 iyun 2022 12:01 (UTC +04:00)

“İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir. Bununla bağlı xüsusi nəzarət tədbirləri həyata keçirilir”.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.

Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır: “O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib”, - Elşad Hacıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR