DİN-in "Qaynar xətt"inə müraciət edən azyaşlıların sayı çoxalıb

DİN-in "Qaynar xətt"inə müraciət edən azyaşlıların sayı çoxalıb
# 01 iyun 2023 12:31 (UTC +04:00)

Son iki ildə Daxili İşlər Nazirliyinin "Qaynar xətt"inə müraciət edən azyaşlı uşaqların sayı çoxalıb.

APA xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib.

O qeyd edib ki, bu, sevindirici haldır:

"Bu, o deməkdir ki, bizim uşaqlar da qanun pozuntularına reaksiyasız qalmırlar. Bu gün təhlükəsizlik məsələsi hər birimizi maraqlandırmalıdır. Hamımız ayıq-sayıq olmalıyıq. Daxili İşlər Nazirliyinin 102 "Qaynar xətt"i 7/24 fəaliyyət göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR