DİN nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

DİN nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
# 10 may 2022 13:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri Fəxri xiyabanda olublar.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR