DİN: Qarabağın erməni əsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər var

DİN: Qarabağın erməni əsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər var
# 23 sentyabr 2023 18:39 (UTC +04:00)

Qarabağda yaşayan erməni əsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik leytenant Elşad Hacıyev deyib.

"Bu ərazidə yaşayan erməni əsilli sakinlər hər biri müraciət edə bilər, onların işi diqqətdə saxlanılır", - o deyib.

Bu ərazidə yaşayan erməni əsilli vətəndaşların hər birinin müvafiq qaydada Azərbaycan konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq. Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır. Əlbəttə, müraciət edən şəxslər var. Həmin şəxslər əsas istəkləri təhlükəsizlik, sağlamlıq məsələləridir".

Nazirlik rəsmisi qeyd edib ki, kimliyindən asılı olmayaraq vətəndaşların hüquqları təmin olunur: "Lənkəranda, Bakıda, Gəncədə, Qusarda Azərbaycan vətəndaşlarının, etnik qrupların hüquqları qorunur, bərabər şəkildə yaşayırlarsa, eyniylə Qarabağda da erməni əsilli vətəndaşların hüquqları, təhlükəsizliyi tam təmin olunur".

Emin Babayev

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR