DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb

DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb
# 01 iyun 2022 22:38 (UTC +04:00)

Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.

DİN-dən APA-ya verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunub.

Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR