DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib

# 14 iyun 2022 09:31 (UTC +04:00)

Daxili İşlər Nazirliyi "Son zəng" tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraiciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR