DİN tanınmış vəkilin müvəkkili ilə görüşünə icazə verilməməsinə münasibət bildirib - FOTO

DİN tanınmış vəkilin müvəkkili ilə görüşünə icazə verilməməsinə münasibət bildirib - FOTO
# 19 noyabr 2022 00:55 (UTC +04:00)

Tanınmış vəkil Zabil Qəhrəmanov müdafiə etdiyi şəxslə görüşə buraxılmayıb.

APA xəbər verir ki, bu barədə vəkil sosial şəbəkə hesabında məlumat yayıb.

Vəkilin dediyinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini onu müdafiə etdiyi şübhəli şəxslə görüşə buraxmır:

“Onu əsas gətirirlər ki, müqavilə üzrə vəkili buraxmırıq. Yalnız dövlət hesabına növbətçi vəkil olmalıdır".-deyə Zabil Qəhrəmanov əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar.

Əməldə şübhəli bilinən şəxs vəkillə təmin olunub, bütün prosessual icraat vəkilin iştirakı ilə aparılır. Digər iddialı xüsusatlar araşdırma materialıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR