DİN vətəndaşlardan 6 qanunsuz ov tüfəngi götürüb

DİN vətəndaşlardan 6 qanunsuz ov tüfəngi götürüb
# 10 yanvar 2022 09:22 (UTC +04:00)

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 8-də və 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR