Direktor: “40 ildə bu peşə məktəbində qız oxumamışdı”

Etibar Sadıqov

© APA | Etibar Sadıqov

# 25 may 2022 17:56 (UTC +04:00)

“Son 40 ildə bu peşə məktəbində qız oxumamışdı”.

APA-nın xəbərinə görə, bunu Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə peşə məktəbinə 19 qız, 1 oğlan qəbul olub. Hazırda məktəbdə 51 qız tələbə əsasən, üzlükçü, dizayner, tikişçi peşələri üzrə təhsil alırlar.

Mərkəzin yeni binasının tikintisinə 2019-cu ildən başlanıb. Hazırda məktəbdə 450 nəfər təhsil alır.

Mərkəzdə ümumilikdə 16 ixtisas üzrə təhsil verilir.

Məktəbdə yataqxana, idman zalı, emalatxana, anbar, qaraj, avtotəmir, istixana, ferma, həmçinin heyvandarlıq emalatxanası mövcuddur.

Qeyd edilib ki, məktəb binası dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilib.

Avropa İttifaqı məktəbə videoplanlar üçün təlimatların, dual proqramların hazırlanması, dərsliklərin alınmasına köməklik göstərib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR