Direktor: "İİV-lə bağlı epidemioloji vəziyyət nəzarətdədir"

Direktor: "İİV-lə bağlı epidemioloji vəziyyət nəzarətdədir"
# 01 dekabr 2021 16:39 (UTC +04:00)

“İİV-ə yoluxma saylarında artım ola bilər, amma yeni yoluxma hallarının hansı kateqoriya insanlarda olmasına diqqət etməliyik”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib. O bildirib ki, ÜST tərəfindən qoyulmuş hədəf İİV-ə yoluxanların 95 faizinin aşkarlanmasıdır: “Eyni zamanda aşkarlanmış xəstələrin 95 faizini müalicəyə cəlb etmək lazımdır. Həmçinin cəlb olunanların terapiya effekti yüksək olmalı, yoluxduruculuq qabiliyyəti tam aşağı düşməlidir. Bu, dünya ölkələri qarşısında qoyulmuş hədəfdir. 2027-ci ildə bu hədəfə çatsaq, 2030-cu ildə bu pandemiyaya son qoyulacaq. Bizim ölkədə İİV-lə bağlı görülən tədbirlər nəticəsində epidemioloji vəziyyət nəzarətdədir. İl ərzində rəqəmlər stabil olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR