Direktor: "Koronavirusa yoluxmuş böyrək çatışmazlığı xəstələrində fəsadlar yaranır"

Fariz Babayev

© APA | Fariz Babayev

# 14 yanvar 2022 14:52 (UTC +04:00)

“Azərbaycanda hazırda 4000-ə yaxın hemodializ xəstəsi var”.

APA-nın məlumatına görə, bunu "TƏBİB məsləhəti" proqramında Akademik M. C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.

F. Babayev bildirib ki, onların üzərində nəzarət var: “Koronavirusa yoluxmuş böyrək çatışmazlığı xəstələrində fəsadlar baş verir. Hətta bəzi fəsadlar onların ölümünə də səbəb olur. Xüsusilə qan laxtalanması sistemində baş verən fəsadlar onların ölümünə gətirib çıxarır. Xroniki böyrək çatışmazlığı özü ağır xəstəlikdir. Ona görə də bu xəstələrdə sağlam insanlardan daha çox fəsadlar üzə çıxır. Hətta sağlam insanlar koronavirusa yoluxub sağalandan sonra onlarda keçici də olsa, böyrək problemləri yaranır”.

Həkim qeyd edib ki, pandemiya başlayan dövrdən 3 ay sonra bu xəstələrin peyvəndlənməsinə başlanıb: “Azərbaycandakı bütün xroniki böyrək çatışmazlığı olan xəstələrin peyvəndlənməsini həyata keçirmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR