Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və onların 20 faizdən çoxu həyatını itirir.
APA xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov "Vərəmlə mübarizə: keyfiyyətli xidmət üçün yeni imkanlar" mövzusunda “TƏBİB məsləhəti” proqramına qonaq olarkən deyib.
O bildirib ki, ölkəmizdə vərəm xəstələrinin sayı kritik səviyyədə deyil.
"Lakin bu, məsələni diqqətdən kənarda saxlamağa dəlalət etmir".