Direktor: “QİÇS daşıyan hamilələrdən sağlam uşaqlar doğulub”

Direktor: “QİÇS daşıyan hamilələrdən sağlam uşaqlar doğulub”
# 10 iyun 2022 15:28 (UTC +04:00)

“QİÇS virusuna yoluxan hər bir şəxs anti-retrovirus terapiyasını qəbul etməlidir”.

APA xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. Onun sözlərinə görə, bu, digər xəstəliklərin yaranmasının qarşısını alır və xəstənin ömrünü uzadır:

“Artıq 2015-ci ildən bu yana QİÇS virusu daşıyan hamilə qadınlarla aparılan profilaktik tədbirlər nəticəsində sağlam uşaqların doğulmasına nail olmuşuq”.

Famil Məmmədov qeyd edib ki, Azərbaycanda region ölkələri ilə müqayisədə QİÇS virusuna yoluxma sayı aşağıdır:

"İmmun çatışmazlığı ilə bağlı əsasən, homoseksuallar, məhkumlar, əxlaqsız həyat tərzi keçirən qadınlar, inyeksioyon narkotik istifadəçiləri, həmçinin tibb işçiləri risk qrupuna daxildir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR